Bakıda binanın uçma təhlükəsinə görə yol bağlanır - XƏBƏRDARLIQ


Bu gün saat 21:30-dan etibarən H.Əliyev prospektindən A.Neymətulla küçəsi istiqamətinə əlavə yolda avtomobillərin və marşrut üzrə işləyən ictimai nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq və istiqamət dəyişdiriləcək.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Bakı şəhər Dövlət Yol Polisi idarəsi məlumat yayıb. Məlumatda bildirilir ki, paytaxtın Nərimanov rayonu ərazisində A.Nemətulla 32 ünvanında yerləşən istismara tam yararsız, yarı-sökülmüş vəziyyətdə olan binanın uçma təhlükəsi yaranıb.
Qanunvericilikdə nəzərdə tutulmuş sənədlər əsasında bina tam söküləcək. Sökülmə müddətində göstərilən yollar bağlı olacaq. İdarə sərnişinləri alternativ yollardan istifadə etməyə çağırıb.
Qeyd edək ki, söküntü işləri qısa müddət ərzində başa çatacaq.

DİGƏR XƏBƏRLƏR

Top