“Taliban” iqtisadi böhranda Əfqanıstanda işçi maaşlarını buğda ilə ödəyəcək.
Yeniavaz.com xəbər verir ki, Əfqanıstanda yoxsullara iş imkanı yaratmaq məqsədilə keçirilən “İş qarşılığında buğda layihəsi”ndə çalışacaq işçilərə günlük 10, mühəndislərə isə 16,5 kiloqram buğda veriləcək.
“Taliban” rejimi inkişaf nazirinin köməkçisi Riyazəddin Şərifi Əfqanıstanda dövlətə aid anbarlarda olan 55 ton buğdanı iş müqabilində yoxsul xalqa paylamaq üçün bu layihəni planladıqlarını bildirib.
Qeyd edək ki, layihə əvvəlvə Kabil və çevrəsində, daha sonra sonra isə 34 bölgədə baş tutacaq.