AFFA millimizin oyunu üçün biletlərin qiymətini AÇIQLADI


DÇ-2022-nin seçmə mərhələsində Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan – Lüksemburq qarşılaşmasının, həmçinin Azərbaycan – Qətər yoldaşlıq oyununun biletləri bu gündən satışa çıxarılıb.
Yeniavaz.com AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, koronavirus pandemiyası ilə əlaqədar qarşılaşmaya stadionun azarkeş tutumunun 50%-i qədər azarkeş buraxılacaq.
Biletlərin qiymətləri kateqoriyalara uyğun olaraq 2 manat, 5 manat, 10 manat və 15 manatdır. Azarkeşlər stadiona COVID-19-la bağlı sanitar-gigiyenik prosedurlara riayət olunması şərtilə buraxılacaq. AFFA azarkeşlərdən stadionda hərəkət edərkən və əyləşərkən sosial məsafəni qorumalarını xahiş edib.
Qeyd edəl ki, Azərbaycan yığmasının Lüksemburqla oyunu noyabrın 11-də, Qətərlə matçı isə noyabrın 14-də baş tutacaq.

DİGƏR XƏBƏRLƏR

Top