Bakıda “Gelandewagen”lə PPX avtomobili toqquşub, polis əməkdaşı yaralanıb - VİDEO


Bakı şəhərində yol-nəqliyyat hadisəsi baş verib, Post Patrul Xidməti avtomobili qəzaya düşüb.
Yeniavaz.com
oxu.az-a istinadla xəbər verir ki, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli hadisənin bu gün səhər saatlarında baş verdiyini bildirib:
“Hadisə Ağ Şəhər ərazisində baş verib. Hadisə zamanı polis əməkdaşı xəsarət alıb. Əraziyə Xətai Rayon Polis İdarəsinin əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır”.

DİGƏR XƏBƏRLƏR

Top