Bakıda istismar müddəti bitmiş 100-dən artıq bina nə vaxt söküləcək? - VİDEO


Bakıda öz istismar dövrünü başa vurmuş və sökülmə növbəsini gözləyən 100-dən artıq bina var. Bəs sovet hakimiyyəti dövründə uzunmüddətli yaşayışa hesablanmayan və bir neçə ildir istismar müddəti bitmiş binalar nə vaxt söküləcək?
Yeniavaz.com
 "xəzərxəbər"ə istinadla xəbər verir ki, əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı, müəyyən məhdud müddətdə istifadə üçün nəzərdə tutulmuş və hazırda yaşı ən azı 60-ı ötmüş binaların bir çox parametrlərinə görə normal yaşayış standartlarına cavab vermədiyini bildirib.
Ekspert deyir ki, istismar dövrünü başa vurmuş belə binaların tikintisində istifadə olunmuş materialların yüksək radioaktivliyi də sakinlərin səhhətinə müəyyən zərərlər vurur. Belə binaların bəziləri hətta qəzalı vəziyyətdə olan binalar siyahısına da düşüb.
Fövqəladə Hallar Nazirliyindən bildirildi ki, onlar müvafiq icra hakimiyyətlərinin sifarişi ilə binalarda yoxlamalar aparıb, tikilinin vəziyyəti ilə bağlı rəy hazırlayırlar. İstismar dövrü bitmiş binaların qeydiyyatını isə icra hakimiyyətləri aparır. Bakı Şəhər Kommunal Departamentindən isə bildirildi ki, istismar dövrünün bitməsi ilə bağlı müvafiq rəylər aldıqları binaların sayı 100-dən artıqdır və onlarla bağlı Nazirlər Kabinetinə hesabat verilib.

DİGƏR XƏBƏRLƏR

Top