“Facebook”un gəliri açıqlanıb


Bu ilin üçüncü rübündə “Facebook” şirkətinin gəliri 2020-ci ilin eyni dövrü ilə müqayisədə 35% artıb.

Müvafiq məlumatlar şirkətin maliyyə hesabatlarında verilib.

Sentyabrın 30-da başa çatan üç aylıq dövrdə “Facebook”un gəliri 29 milyard ABŞ dolları olub. 2020-ci ilin üçüncü rübünün sonunda şirkət 21,4 milyard ABŞ dolları gəlir əldə edib.

Şirkətin son rübdə xalis mənfəəti keçən ilin eyni dövrü ilə müqayisədə 17% artaraq 9,19 milyard ABŞ dolları olub.//report

DİGƏR XƏBƏRLƏR

Top