Türkiyə ilə 10 ölkə arasında gözlənilən diplomatik qalmaqal başlamadan bitdi - FOTO


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dünya diplomatiya tarixində görünməmiş şəkildə 10 dövlətin səfirinin “persona non-qrata” (arzuolunmaz şəxs) elan olunması barədə göstərişindən sonra diplomatik krizin həlli üçün orta yol tapılıb. Yeniavaz.com xəbər verir ki, Türkiyə XİN-ə çağırılan səfirlər Diplomatik əlaqələr haqqında Vyana Konvensiyasının 41-ci maddəsinə (daxili işlərə qarışmama) sadiq olduqları barədə açıqlama yayıblar. Türkiyə Prezidenti sözcüsü İbrahim Kalın səfirlərin bu açıqlamasını məmnuniyyətlə qarşıladıqlarını açıqlayıb. Beləcə Türkiyə ilə 10 ölkə arasında gözlənilən diplomatik qalmaqal başlamadan bitib.

Xatırladaq ki, oktyabrın 18-də ABŞ, Fransa, Almaniya, Niderland, İsveç, Norveç, Finlandiya, Danimarka, Kanada və Yeni Zelandiya səfirləri 4 ildir həbsdə olan insan haqları aktivisti Osman Kavalanın azadlığa buraxılmasını tələb edən bəyanat yayıblar. Prezident R.T.Ərdoğan 24 oktyabr Əskişəhər çıxışında xarici işlər nazirinə həmin ölkələrin səfirlərini “persona non-qrata” elan edilməsi barədə tapşırıq verib: 

“…Bu 10 nəfər səfirin bir an öncə arzuolunmaz şəxs elan edilmələrini dərhal həll edəcəksiniz dedim… Xarici işlər nazirimizə söylədim, bizim bunları ölkəmizdə qonaq etmək kimi bir lüksümüz ola bilməz. Türkiyəyə dərs vermək sizin nə həddinizə? Kimsiniz siz?!”

DİGƏR XƏBƏRLƏR

Top