İntihar etdiyi deyilən şagirdlə bağlı açıqlama: "Dərsdən qaçmaq istəyib"


Bakı şəhəri 311 nömrəli tam orta məktəbdən verilmiş məlumatda qeyd olunur ki, 10 a sinif şagirdi (müvafiq səbəblərə görə şagirdin adı qeyd olunmur) dərsdən yayınmaq üçün II mərtəbənin pəncərəsindən aşağı tullanıb.

Bu barədə məktəbdən APA-nın sorğusuna cavab olaraq bildirilib. Hadisə nəticəsində şagirdin qaşı partlayıb.

Məktəb rəhbərliyi tərəfindən dərhal təcili yardım çağırılıb, şagirdin valideyninə məlumat verilib.

3 saylı Şəhər Kliniki Xəstəxanasında şagirdin qaşına tikiş qoyulub.
Hazırda şagirdin vəziyyəti qənaətbəxşdir.

DİGƏR XƏBƏRLƏR

Top