Bakıda dini toy karvanı təşkil edənlər həbs edildi – YENİLƏNİB


Bakı şəhərində üzərində ərəb hərfləri ilə yazılmış bayraqlar olan toy karvanında iştirak edənlərlə bağlı məhkəmə qərar verib.
Yeniavaz.com
oxu.az-a istinadla xəbər verir ki, Xəzər Rayon Məhkəməsinin qərarına əsasən, toy karvanında iştirak edərək avtoxuliqanlıq edənlərdən 16 nəfər barəsində 20-30 sutka arası inzibati həbs cəzaları verilib.
Bir nəfər isə səhhəti nəzərə alınaraq həbs edilməyib, o, pul cəriməsi ilə cəzalandırılıb.
 

***17:16
Bakı şəhərində üzərində ərəb hərfləri ilə yazılmış bayraqlar olan toy karvanında iştirak edən, habelə Nazirlər Kabineti yanında Operativ Qərargahın tələblərini pozaraq toy məclisi təşkil edən şəxslərlə bağlı yeni məlumatlar var.
Yeniavaz.com
oxu.az-a istinadla xəbər verir ki, toy karvanında iştirak etmiş 17 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin tələblərinə əsasən, protokollar tərtib olunaraq baxılması üçün Xəzər Rayon Məhkəməsinə göndərilib. 
Belə ki, onlardan 14 nəfəri barəsində İnzibati Xətalar Məcəlləsinin 511-ci (Avtoxuliqalıq) maddəsi ilə, 3 nəfər barəsində isə 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə ilə protokollar tərtib olunub. 
Toy təşkilatçıları olan Şüvəlan qəsəbə sakinləri – Ağəli Hüseynzadə və Ağakərim Balaəhmədov saxlanılaraq barələrində cinayət işi başlanılıb.
Qeyd edək ki, oktyabrın 24-də Xəzər Rayon Polis İdarəsinin əməkdaşlarının apardıqları əməliyyat-axtarış tədbirləri nəticəsində məlum olub ki, rayonun Şüvəlan qəsəbə sakinləri – Ağəli Hüseynzadə və Ağakərim Balaəhmədov yaşadıqları ünvanda Ağaverdi Balaəhmədov üçün Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarlarını kobud şəkildə pozmaqla toy şənliyi təşkil ediblər.

DİGƏR XƏBƏRLƏR

Top