
Avstriya hökuməti ciddi xəstəliyi olan şəxslərin öz istəkləri ilə tibbi yollarla həyatlarına son qoyulmasını qanuniləşdirən layihə təklif edib.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, Avstriya Konstitusiya Məhkəməsi tibbi yollarla intiharın hansı hallarda mümkün ola biləcəyini müzakirə edir. Xəstəliyi olan şəxsin öz qərarını verə bilməsi üçün ən azı iki həkimə müraciət etməsi lazım olacaq. Razılıq əldə edildiyi təqdirdə, ağır xəstələrin həyatlarına son qoyulması ilə bağlı istəkləri yerinə yetiriləcək.
Qeyd edək ki, qərar İspaniyada qəbul edilib, İngiltərədə isə müzakirə edilir.