Əhliman Rüstəmov sərbəst buraxıldı - YENİLƏNİB


İlahiyyatçı Əhliman Rüstəmov sərbəst buraxılıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə ilahiyyatçının oğlu Qasım Rüstəmov sosial şəbəkədə məlumat verib.

***16:18
"Hacı Cavad" məscidinin keçmiş axundu, ilahiyyatçı Əhliman Rüstəmov bu gün Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları tərəfindən saxlanılıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə ilahiyyatçının oğlu Qasım Rüstəmov "Turan" agentliyinə məlumat verib. O bildirib ki, atasını evdən aparıblar. Bu zaman mənzildə axtarış aparılıb və dini ədəbiyyat müsadirə edilib. İlahiyyatçının ailəsinə onun saxlanılmasının səbəbini açıqlamayıblar.
Qeyd edək ki, son günlər bir neçə ilahiyyatçı saxlanılıb. Amma onlardan yalnız birinə - Sərdar Babayevə rəsmi ittiham irəli sürülüb. O, Azərbaycan Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham olunub.

DİGƏR XƏBƏRLƏR

Top