"Taliban" voleybolçunun edam edilməsi ilə bağlı xəbərə münasibət bildirib


Əfqanıstanın gənclər komandasının voleybolçusu Mahacabid Hakiminin Kabildə "Taliban" tərəfindən edam edilməsi xəbəri hərəkat tərəfindən təkzib olunub.
Yeniavaz.com
TASS-a istinadən xəbər verir ki, bu barədə Əfqanıstan Milli Olimpiya Komitəsinin prezidenti Nəzər Məhəmməd Mothmain məlumat verib. Onun sözlərinə görə, idmançının öldürülməsi xəbəri yalan və böhtandır.
Qeyd edək ki, sözügedən qadın voleybolçunun oktyabrın əvvəlində öldürüldüyü bildirilir. Onun öldürülməsində "Taliban" hərəkatı günahlandırılır. Ailəsi və yaxınlarının hökümətdən qorxması səbəbi ilə cinayətin gizlədildiyi bildirilir.

DİGƏR XƏBƏRLƏR

Top