Türkiyədə meşə yanğınlarında şübhəli bilinən 7 rusiyalı saxlanıldı


Türkiyənin Antalya şəhərində 7 rusiyalı turist meşədə yanğın törətməkdə şübhəli bilinərək saxlanılıb.
Yeniavaz.com
"ria.ru"ya istinadən xəbər verir ki, bu barədə Rusiyanın Türkiyədəki Baş Konsulluğundan məlumat verilib. Faktı təsdiqləyən baş konsulluq bildirib ki, şübhəlilər Antalya yaxınlığında Likiya Yolunda gəzinti vaxtı hüquq-mühafizə orqanları tərəfindən oktyabrın 23-də saxlanılıb.
Konsulluğun nümayəndələri polis mərkəzində olub. Qanunvericiliyə əsasən saxlanılan şəxslər üçün tərcüməçi təyin olunaraq şahidlərin ifadələri əsasında haqlarında protokol tərtib edilib.
Qeyd edək ki, bu ilin iyul ayında Türkiyənin müxtəlif regionlarında yanğın baş vermişdi.

DİGƏR XƏBƏRLƏR

Top