
Bakıda 37 yaşlı kişinin qəflətən ölməsi barədə araşdırma aparılır.
Yeniavaz.com xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib. Qeyd olunub ki, paytaxt sakini 1984-cü il təvəllüdlü Kamal Namazovun yaşadığı evdə ölməsi barədə Nəsimi rayon prokurorluğuna məlumat daxil olub.
K.Namazovun ölümünün səbəbinin müəyyən edilməsi üçün məhkəmə-tibb ekspertizası təyin edilib.
Hazırda faktla bağlı rayon prokurorluğunda araşdırma davam etdirilir.
Qeyd edək ki, K. Namazovun beş gün əvvəl bloqer Ayşən Mirzəyeva ilə nigaha daxil olduğu bildirilir.
Tətbiqimizi yükləyə bilərsiniz