Naməlum şəxslər İrəvan-Gümrü sərnişin qatarını daşa basıblar.
Yeniavaz.com "Sputnik Armenia"ya istinadən xəbər verir ki, Noraqavit-İrəvan dəmir yolu xətti ilə hərəkət edən qatarın həddindən artıq yüklənmiş vaqonunun şüşəsi sındırılıb. Bildirilir ki, hərəkət vaxtı qatarda olan sərnişinlərdən heç biri xəsarət almayıb.
Dəmir yolu şirkəti vətəndaşları dəmiryolunda yol hərəkəti təhlükəsizliyinə məsuliyyətli olmağa dəvət edib. Şirkət həmçinin qeyd edib ki, təhlükəsizliklə bağlı bütün tədbirlər görüləcək.