Sudanda hərbi hakimiyyətə müxalif olanlar əhalini küçələrə çıxmağa çağırıb.
Yeniavaz.com “Ria Novosti”yə istinadən xəbər verir ki, mətbuatda Baş nazir Abdullah Hamdukun ev dustaqlığına buraxılması ilə bağlı məlumat yayılıb. Bundan başqa 4 nazir və Suveren Şuranın mülki nümayəndəsi Məhəmməd Fekinin də saxlanıldığı deyilir.
Bildirilir ki, Sudanın paytaxtı Xartumun bəzi bölgələrində internet kəsilib.
Sudanın bir neçə şəhərində etiraz aksiyalarının keçirildiyi də qeyd olunur. Etirazçılar tələb edirlər ki, hərbçilər hakimiyyəti mülki hökumətə təhvil versinlər.
Qeyd edək ki, 2019-cu ildə Sudanda iqtisadi böhran və xalqın rifah səviyyəsinin aşağı düşməsi fonunda hərbi çevriliş olub. 30 il hakimiyyətdə olan prezident Ömər əl-Bəşir uzaqlaşdırıldı və daha sonra həbs olundu.