İcra başçısının avtomobillə piyada vurması xəbəri yayılıb - AÇIQLAMA


Neftçala rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidovun avtomobillə adam vurması ilə bağlı mediada yayılan məlumata rəsmi reaksiya verilib.

Yeniavaz.com-un xəbərinə görə, Neftçala RİH-dən Qafqazinfo-ya bildirilib ki, qeyd olunanlar həqiqəti əks etdirmir: “Ümumiyyətlə, belə bir hadisə baş verməyib və kökündən yanlışdır”.

İcra hakimiyyəti mətbuat nümayəndələrini dəqiqləşdirməmiş məlumatları yaymamağa çağırıb:

“Bu cür qərəzli informasiyaları dərc etmək qanun qarşısında məsuliyyət yaradır və həmin kütləvi informasiya vasitələri haqqında hüquqauyğun tədbirlər görüləcək”.

DİGƏR XƏBƏRLƏR

Top