“Ceyms Bond” Gürcüstanda keçirilən seçkilərdə - FOTO


Gürcüstanın paytaxtı Tbilisidə “Ceyms Bond”un seçki plakatı asılıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Sputnik Georgia” məlumat yayıb.
Naməlum şəxslər paytaxtda aktyor Daniel Kreyqin “Ceyms Bond” kimi təsvir edildiyi seçki plakatlarını asıblar.
“Bond”un portretinə, “Ortalığı qarışdırmağa vaxt yoxdur” yazılıb. Bu, İngiltərə xüsusi agenti barədə çəkilmiş - “Ölməyə vaxt yoxdur” filminin adı ilə əlaqəlidir.
Qeyd edək ki, Gürcüstanda yerli özünüidarə orqanlarına keçirilən seçkilərin ikinci turu oktyabrın 30-na təyin edilib.

DİGƏR XƏBƏRLƏR

Top