"Telman İsmayılov Rusiya qanunlarına əsasən cavab verməlidir" - Bastrıkin


Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin Azərbaycan əsilli iş adamı Telman İsmayılovun ekstradisiyası üçün əlavə tədbirlər görülməsini tələb edib.

Yeniavaz.com bu barədə Rusiya mətbuatına istinadən xəbər verir.

Bastrıkin bildirib ki, T.İsmayılov ağır və xüsusilə ağır cinayət törətməkdə ittiham edildiyi üçün Rusiya qanunlarına əsasən cavab verməlidir.

Bundan əlavə, Bastrıkin cinayət işi üzrə təqsirləndirilən Telman İsmayılovun axtarışının təşkilində səmərəli fəaliyyətinə görə İnterpol əməkdaşlarına minnətdarlığını bildirib.

“Nəzərə alsaq ki, İsmayılova qarşı irəli sürülən cinayətlər Rusiya Federasiyası vətəndaşlarına qarşı törədilib, o, Rusiya qanunlarına uyğun olaraq onlara görə məsuliyyət daşımalıdır”, - sədr deyib.

Bundan əvvəl Rusiya Federasiyası Baş Prokurorluğunun mətbuat xidməti məlumat vermişdi ki, idarə İsmayılovun cinayət təqibi üçün Rusiyaya ekstradisiyası üçün sorğu hazırlamağa başlayıb.

DİGƏR XƏBƏRLƏR

Top