
Futbol üzrə İngiltərə millisinin sabiq üzvü Devid Bekhem 2022-ci ildə Qətərdə keçiriləcək Dünya Çempionatının siması olacaq.
Yeniavaz.com “The Sun”a istinadən xəbər verir ki, Bekhem 10 illik müqavilə nəzərdə tutulub. Bekhem bu müddət ərzində Qətərin səfiri olacaq. 46 yaşlı keçmiş futbolçu buna görə illik 15 milyon funt sterlinq qazanacaq.
Qeyd edək ki, dünya çempionatı gələn il 21 noyabr - 18 dekabrda keçiriləcək.