“Washington Post”: Pakistan İŞİD-lə mübarizədə “Taliban”a yardım edir


“Pakistan İŞİD-lə mübarizədə “Taliban”a yardım edir”.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Washington Post” qəzeti məlumat yayıb.
Bildirilir ki, Pakistan “Taliban”a yeni kəşfiyyat məlumatları ötürür və terrorçularla mübarizədə texniki dəstək verir.
“Pakistan bizim qardaşımızdır, bizi dəstəkləyir. İŞİD-lə mübarizədə bizə yardım edir. ABŞ və digər ölkələr də bizimlə məlumat paylaşsa İŞİD-i məğlub edə bilərik”, - “Taliban” liderlərindən biri qəzetə açıqlama verib.
“Taliban” sözçüsü Bilal Kəriminin sözlərinə görə, hərəkat İŞİD-I təhlükə hesab etmir və onlarla mübarizə üçün kənardan yardıma ehtiyac duymur.

DİGƏR XƏBƏRLƏR

Top