Conson əhalini dərhal üçüncü doza vurdurmağa çağırdı


Böyük Britaniyanın Baş naziri Boris Conson ölkə əhalisini dərhal üçüncü doza peyvənd olunmağa çağırıb.

Yeniavaz.com xəbər verir ki, bu barədə hökumət başçısının şənbə günü yaydığı bəyanatda deyilir.
"Peyvəndlər bu qışı keçməyimizə kömək edəcək. Fövqəladə bir irəliləyiş əldə etmişik, amma işlərimiz hələ tamamlanmayıb və peyvəndlərin verdiyi qorumanın 6 aydan sonra zəifləyə biləcəyini bilirik. Sizi, sevdiklərinizi və ətrafınızdakıları qorumaq üçün zəhmət olmasa, dəvət alan kimi peyvənd olunun", - Conson bildirib.
Baş nazir bildirib ki, alimləri dinləməklə virusa qalib gəlmək olar: "Bu, hər kəsə bir çağırışdır. Peyvəndlər təhlükəsizdir, həyatlarını xilas edir və pandemiyadan çıxış yoludur”.

DİGƏR XƏBƏRLƏR

Top