"Tesla" ən bahalı modellərinin qiymətini artırdı


“Tesla” ən bahalı avtomobillərinin qiymətini artırıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə şirkətin saytında məlumat verilib.
Bildirilir ki, “Tesla”nın ən bahalı modelləri – “Model S” və “Model X”in qiyməti 5 min ABŞ dolları artırılıb.
Şirkətin açıqlamasında qeyd edilir ki, dörd qapılı “Model S” sedanının qiyməti 89 min 990 dollardan 94 min 990 dollara qaldırılıb.
Şirkətin rəsmi saytı yazır ki, istehsal həcminin artmasına baxmayaraq, elektrikli avtomobillərə olan tələbat hələ də təklifi üstələyir. Elə bu səbəbə görə də qiymətlərdə dəyişiklik edilib.
Qeyd edək ki, bu həftə “Tesla” üçüncü rübün maliyyə hesabatlarını açıqlayıb. Sənədlərə görə. Şirkətin gəlirləri illik müqyisədə 57 faiz artıb.

DİGƏR XƏBƏRLƏR

Top