Mərmərə dənizində iki yük gəmisi toqquşdu - FOTOLAR


Mərmərə dənizində iki yük gəmisi toqquşub.
Yeniavaz.com
“Trthaber”ə istinadən xəbər verir ki, hadisə Çanaqqalanın Gelibolu bölgəsi ilə Tekirdağın Şarköy bölgəsi arasındakı Doğanarslan bölgəsində baş verib.
Ukraynadan Çinə dəmir filizi daşıyan 299 metr uzunluğundakı “Benitamou” gəmisi ilə Bolqarıstandan Misirə buğda daşıyan 172 metr uzunluğundakı “BC Vanessa” gəmisi səhər saatlarında toqquşub.
Bildirilir ki, qəzaya səbəb güclü duman olması olub. Toqquşma nəticəsində “Benitamou” gəmisi zədələnib və içinə su dolub.
Hadisə yerinə xilasetmə gəmiləri göndərilib.
Qəza ilə bağlı araşdırmalar davam edir.

DİGƏR XƏBƏRLƏR

Top