Rusiyada ictimai yerlərdə siqaret çəkənlər “radar”a düşəcək


Rusiyada ictimai yerlərdə siqaret çəkənlərin aşkarlanması ilə bağlı sistem yaradılması planlaşdırılır.
Yeniavaz.com xəbər verir ki, bu barədə Rusiya Milli Texnoloji Təşəbbüs Platforması məlumat yayıb.
Sistem siqaret çəkənləri qeydə alacaq və təhlükəsizlik üçün məsul şəxslərə məlumat göndərəcək.
Təşkilatın açıqlamasında bildirilir ki, bu sistemlə həmçinin yanğın və başqa təhlükəli hadisələrin baş verməsinin qarşısı alınacaq. Yeni funksiya vasitəsilə parklarda, eləcə də müəssisə və qatar stansiyalarında baş verənləri izləmək mümkün olacaq.
Bu prototipin hazırlanmasında Rusiya universitetlərinin tələbələrinin də cəlb olunması planlaşdırılır.

DİGƏR XƏBƏRLƏR

Top