Siqal Rusiya ilə Yaponiyanın arasını “düzəltmək” istəyir


Hollivud ulduzu Stiven Siqal Rusiya ilə Yaponiyanın arasını “düzəltmək” istəyir.

Yeniavaz.com xəbər verir ki, o, bu barədə “Soloviev Live” yutub kanalında danışıb.
Siqal bildirib ki, Moskva ilə Tokio arasında baş verənləri aydınlaşdırmaq üçün səy göstərmək istəyir. Aktyor həmçinin Yaponiyanın baş naziri Fumio Kişida ilə də görüşmək niyyətindədir.
Qeyd edək ki, S.Siqal 2016-cı ildə Rusiya vətəndaşlığını alıb. 2018-ci ildə Rusiya Xarici İşlər Nazirliyinin Rusiya-ABŞ humanitar əlaqələri və ortaq mədəni və tarixi irs üzrə xüsusi nümayəndəsi təyin edilib. Bu ilin may ayında isə "Ədalətli Rusiya - Həqiqət Naminə" partiyasına qatılıb.​
 

DİGƏR XƏBƏRLƏR

Top