Yevlaxda pandemiya əleyhinə tədbir - VİDEO


Yevlaxda pandemiya əleyhinə tədbirlər davam etdirilir.

Yeniavaz.com xəbər verir ki, Rayon Polis Şöbəsinin əməkdaşları bu məqsədlə qapalı məkanlarda və ictimai nəqliyyatda yoxlama tədbirləri həyata keçiriblər. Yoxlamalar zamanı qayda pozuntusuna yol verən şəxslərlə maarifləndirici söhbətlər aparılıb, bir neçə nəfər barəsində isə inzibati qaydada protokollar tərtib edilib.
Qeyd edək ki, bu cür tədbirlərin əsas məqsədi əhalinin sağlamlığı, sanitariya-gigiyena və sanitar-epidemioloji qaydaların təmini ilə yanaşı, vətəndaşlarda cəmiyyət qarşısında daşıdıqları məsuliyyət hissinin artırılmasıdır.
Esmira Hidayətova, Yevlax

DİGƏR XƏBƏRLƏR

Top