
Özbəkistanda keçirilən president seçkiləri Bakı vaxtı ilə saat 19:00-da başa çatıb.
Yeniavaz.com xəbər verir ki, ölkədə 9 min 925 seçki məntəqəsi yaradılıb. Bundan başqa əlavə 54 seçki məntəqəsi və 380 mobil məntəqə xaricdə yaradılıb. Seçici fəallığının 70 faizdən çox olduğu bildirilir.
Ölkədə “exit-poll” keçirilmir və ilkin nəticələrlə bağlı ilk məlumatı bazar ertəsi səhər MSK verəcək.
***10:19

Özbəkistanda prezident seçkiləri keçirilir.
Yeniavaz.com xəbər verir ki, hazırkı dövlət başçısı Şavkat Mirziyoyev də daxil olmaqla, 5 nəfər prezident olmaq istəyir.
Qeyd edək ki, Mirziyoyev Özbəkistana 5 ildir ki rəhbərlik edir.