37 yaşlı kişini qayınatasının evində döyüb bıçaqladılar


Bakıda bıçaqlanma hadisəsi baş verib.

Yeniavaz.com Report-a istinadən xəbər verir ki, hadisə Binəqədi rayonunda qeydə alınıb.

1984-cü il təvəllüdlü Ramin Məmmədov qayınatasının evində döyülüb, daha sonra bıçaq xəsarətləri alıb. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Müayinə zamanı onun üz və sol qol nahiyələrində kəsilmiş bıçaq xəsarətləri aşkarlanıb. Yaralı ilkin ifadəsində bildirib ki, ona xəsarət yetirənlər qaynı və qaynının dayısı olub.

Hadisənin təfərrüatı araşdırılır.

DİGƏR XƏBƏRLƏR

Top