Biləsuvarda 4 nəfər bıçaqlandı


Biləsuvar rayonunda bıçaqlanma hadisəsi baş verib.

Yeniavaz.com "report"a istinadla xəbər verir ki, hadisə rayonun Amankənd kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, Qoşqar Orucov mübahisə zəminində həmkəndliləri - İsa Abbasovu, Tural Yəhyalını, Sənan Yəhyayevi və Ərəstun Şahmarovu bıçaqlayıb. Yaralılar rayon xəstəxanasına çatdırılıblar. Hadisənin səbəbləri və təfərrüatları dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR

Top