“Köklü keçmiş, güclü gələcək” mövzusunda təşkil olunan Türk Şurası Media Forumu çərçivəsində Türkiyə-Azərbaycan Birgə Media Platformasının ilk iclası keçirilib.
Yeniavaz.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, iclasda media və kommunikasiya qurumlarının rəsmilərindən ibarət nümayəndə heyətlərinə Türkiyə prezidentinin kommunikasiya direktoru Fahrettin Altun və Azərbaycanın vitse-prezidenti Hikmət Hacıyev sədrlik edib.
Görüşdə iki ölkənin dostluq əlaqələrini inkişaf etdirmək məqsədi ilə ənənəvi media, rəqəmsal media, strateji ünsiyyət və ictimai diplomatiya sahələrində əməkdaşlığın və koordinasiyanın artırılması və dezinformasiyaya qarşı birgə mübarizə kimi məsələlər müzakirə edilib.
İclasda Türkiyə-Azərbaycan Birgə Media Platforması çərçivəsində ictimai diplomatiya, beynəlxalq media, strateji kommunikasiya, təhsil, qanunvericilik və tənzimləmə, rəqəmsallaşma və beynəlmiləlləşmə komitələrinin qurulması ilə bağlı qərar qəbul edilib.
Altun iki qardaşı ölkənin prezidentinin arasında imzalanmış “Türkiyə və Azərbaycan arasında media sahəsində strateji əməkdaşlıq haqqında Anlaşma Memorandumu”na və 44 günlük müharibədə Türkiyənin Azərbaycana dəstəyindən də danışıb.