Qırğızıstan Rusiya və Türkiyədən PUA alacaq


Qırğızıstan Rusiya və Türkiyədən pilotsuz uçuş aparatları alacaq. 
Yeniavaz.com
TASS-a istinadən xəbər verir ki, bu barədə Qırğızıstan prezidenti Sadır Japarov Bişkekdə mətbuat konfransında məlumat verib.
Qeyd edək ki, Qırğızıstanın bir neçə gün əvvəl Rusiyanın "Orlan-10" və Türkiyənin "Bayraktar" PUA-larını almaq niyyəti ilk olaraq baş nazirin müavini, Respublika Milli Təhlükəsizlik Dövlət Komitəsinin sədri Kamçıbek Taşiyev tərəfindən elan edilib. Onun sözlərinə görə, artıq Türkiyədə Qırğızıstan tərəfi üçün pilotsuz təyyarələrin istehsalına başlanılıb. Bundan əlavə, hazırda Qırğızıstanın hərbi qulluqçuları bu texnikanın daha səmərəli idarə olunması üçün hazırlıq kursu keçirlər.
Sövdələşmənin məbləği və Qırğızıstan tərəfinin əldə etmək niyyətində olduğu PUA-ların sayı ilə bağlı məlumat açıqlanmayıb.

 

DİGƏR XƏBƏRLƏR

Top