Pakistanın təhlükəsizlik qüvvələri 9 terrorçunu məhv etdi


Pakistanın Bəlucistan əyalətində təhlükəsizlik qüvvələri ilə terrorçular arasında yaranan qarşıdurmada 9 terrorçu məhv edilib.
Yeniavaz.com
xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda Pakistan Terrorla Mübarizə İdarəsi tərəfindən məlumat verilib. Açıqlamada xeyli sayda silah-sursatın ələ keçirildiyi bildirilib. Terrorçuların hansı təşkilata mənsub olduğuna dair heç bir məlumat verilməyib.
Qeyd edək ki, ötən gün Şimali Vəziristanda uzaqdan idarə olunan bombanın partlaması nəticəsində 2 pakistanlı hərbçi həyatını itirib.

DİGƏR XƏBƏRLƏR

Top