Xalq artisti dəfn olundu - FOTOLAR + YENİLƏNİB


Azərbaycanın Xalq artisti, xanəndə Canəli Əkbərov bu gün ll Fəxri Xiyabanda dəfn olunub.
Yeniavaz.com APA-ya istinadla xəbər verir ki, dəfn mərasimində mədəniyyət naziri Anar Kərimov, mərhumun ailəsi, sənət yoldaşları iştirak edib.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Xalq artisti, xanəndə Canəli Əkbərovun dəfn mərasiminə əklil göndərib
Qeyd edək ki, Xalq artisti dünən axşam saatlarında vəfat edib.

***13:36
Xalq artisti Canəli Əkbərovla yaşadığı binanın həyətində vida mərasimi keçirilib.
Yeniavaz.com
APA-ya istinadla xəbər verir ki, vida mərasimində Xalq artistinin yaxınları, mədəniyyət nümayəndələri iştirak ediblər.
Onlar mərhumu alqış sədaları altında son mənzilə yola salıblar.
Qeyd edək ki, C.Əkbərov dünən axşam saatlarında vəfat edib.


DİGƏR XƏBƏRLƏR

Top