“Bandotdel”in əməliyyatı ilə tutulan şəxslərə ağır cəza verildi


Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (BMCMİ) xüsusi əməliyyatla saxladığı şəxslərə hökm oxunub.

Yeniavaz.com musavat.com-a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda narkotik vasitə əldə etmə, satma və qaçaqmalçılıqda ittiham olunan Elçin Xuduyev və Elman Muradovun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.
Hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən məhkəmə iclasında hökm oxunub.
Hökmə əsasən Elçin Xuduyev 13 il 6 ay, Elman Muradov isə 14 il müddətinə azadlıqdan məhrum edilib.
Rəsmi məlumata görə, keçirilən növbəti tədbir zamanı narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən vətəndaş Elçin Xuduyev və Elman Muradov saxlanılaraq Baş İdarəyə gətirilib. Onların üzərlərinə və Elçin Xuduyevin idarə etdiyi avtomobilə baxış zamanı 4 ədəd bağlamanın içərisində ümumilikdə 11 kiloqram narkotik vasitə aşkar edilib.
Araşdırma zamanı həmin şəxslərin narkotik vasitəni qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana gətirdiyi müəyyən edilib.

DİGƏR XƏBƏRLƏR

Top