Lapin: "KTMT ölkələrinin təlimləri Əfqanıstandakı vəziyyətə cavabdır"


"Bu gün Tacikistanda başa çatan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) qüvvələrinin "Qarşılıqlı Fəaliyyət-2021"  irimiqyaslı əməliyyat-strateji təlimləri Əfqanıstanda vəziyyətin gərginləşməsinə cavabdır".
Yeniavaz.com
TASS-a istinadən xəbər verir ki, bu sözləri təlimlərin bağlanış mərasimində Rusiya Mərkəzi Hərbi Dairə qoşunlarının komandanı, general-polkovnik Aleksandr Lapin deyib:
"KTMT-nin Kollektiv Sürətli Reaksiya Qüvvələri ilə Tacikistanda başa çatan genişmiqyaslı təlimlər Əfqanıstanda vəziyyətin kəskinləşməsinə ən əhəmiyyətli cavablardan biri oldu. Keçirilən təlimlər KTMT ölkələrini hər hansı bir terror təhlükəsindən qorumaq üçün hazırlanmışdır".

DİGƏR XƏBƏRLƏR

Top