Saakaşviliyə həbsxanada qan köçürüldü


Mixail Saakaşvilinin qan analizlərinin nəticələri pis çıxdığı üçün həbsxanada ona qan köçürülüb.
Yeniavaz.com
“Sputnik Georgia”ya istinadən xəbər verir ki, bu barədə onun şəxsi həkimi Nikoloz Kipşidze məlumat verib. Həkim bildirib ki, bu prosedurun həbsxananın sağlamlıq mərkəzində yox, xəstəxanada aparılması daha məqsədə uyğun olardı. O həmçinin köçürmənin yaxşı keçdiyini də diqqətə çatdırıb:
“Köçürmə yaxşı keçdi. Bizə həbsxananın təcili yardım briqadası və həkimləri kömək etdilər. Hələ hər şey yaxşıdır. Bu prosedur çöl şəraitində aparılıb, həbsxanadakı tibb otağı bunun üçün nəzərdə tutulmayıb və Saakaşvili klinikada müalicə olunmalıdır”.
Kipşidze qeyd edib ki, sabiq prezident həbsxana klinikinasında müalicə olmaqdan imtina edir və o da, bunu bir həkim kimi məsləhət bilmir. Saakaşvilinin həkimi hər şeyə rəğmən pasientinin vəziyyətinin qənaətbəxş olduğunu bildirib.
Xatırladaq ki, Saakaşvilinin vəkilləri də onun həbsxana xəstəxanasına yerləşdirilməsinə qarşıdır. Onlar hesab edir ki, belə olduğu halda digər məhbuslar eks-prezidentə qarşı sui-qəsd hazırlaya bilər.
Ədliyyə Nazirliyindən isə belə bir halın olmayacağını və onun təhlükəsizliyini təmin ediləcəyini bildiriblər.
Qeyd edək ki, Gürcüstanın ombudsmanı Nino Lomjariya Saakaşvilinin öz istəyilə getməyəcəyi halda onu zorla xəstəxanaya yerləşdirəcəklərini qeyd etmişdi. Gürcüstanın ədliyyə naziri Rati Breqadze isə Saakaşvilinin Qladni həbsxanasında olan 18 nömrəli sağlamlıq mərkəzinə yerləşdirildiyini bildirmişdi.

DİGƏR XƏBƏRLƏR

Top