Xəstələndiyi deyilən Artur Rasizadə danışdı - YENİLƏNİB


Azərbaycanın sabiq baş naziri Artur Rasi-zadə səhhəti ilə bağlı yayılan xəbərlərə münasibət bildirib. 

Yeniavaz.com xəbər verir ki, modern.az-a danışan 86 yaşlı A.Rasi-zadə bildirib ki, hazırda sağlıq durumu çox yaxşıdır və narahat olmağa heç bir əsas yoxdur:

“Kefim də yaxşıdır, səhhətim də... Hətta lap əlayam”.

Artur Rasi-zadə deyib ki, doğrudan da bugünlərdə xaricdə - Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində olub. Artıq Bakıya dönüb və hazırda evində dincəlir. O, Dubaya nəvələri ilə bir həftəliyə gedibmiş.


***08:54
Sabiq baş nazir Artur Rasizadə səhhətində yaranmış narahatlıqla əlaqədar xarici ölkələrin birində müalicə olunur.
Yeniavaz.com
xəbər verir ki, bunu modern.az-a onun yaxınları deyib. Bildirilib ki, o, yaxın vaxtlarda Bakıya qayıdacaq.
Yaxınları keçmiş hökumət rəhbərinin hansı ölkədə müalicə olunduğunu açıqlamaqdan imtina ediblər.

DİGƏR XƏBƏRLƏR

Top