Bu ölkə "Taliban"nın tanınması məsələsini gündəmə gətirdi


Özbəkistan "Taliban" hökumətinin tanınmasını gündəmə gətirib.
Yeniavaz.com
TASS-a istinadən xəbər verir ki, bu barədə Özbəkistanın xarici işlər naziri Əbdüləziz Kamilov məlumat verib. Bunun qarşılığında isə Özbəkistan "Taliban" hökumətindən Əfqanıstanda terrorla mübarizə vədini yerinə yetirməsini tələb edib:
"Əlbəttə ki, "Taliban" hökumətinin tanınması məsələsi gündəmdədir. Müttəfiqlərimiz və tərəfdaşlarımızla birlikdə buna doğru irəliləyəcəyik. Amma "Taliban"ın qarşısına qoyulan şərtlər çox ciddidir. Onlar terrorizmə qarşı mübarizəni gücləndirməsə, biz gözümüzü yumaraq onları tanıya bilməyəcəyik".
Qeyd edək ki, Özbəkistan Əfqanıstandan gələn qaçqınları qəbul etmək üçün xüsusi yerlər açmağı planlaşdırmır. Çünki hökumət əvvəlcədən bu ölkədən qaçqın qəbul etməyəcəyini bildirib.

DİGƏR XƏBƏRLƏR

Top