Sığorta bazarının 80%-i 4 şirkətin əlində cəmlənib


Bu ilin yanvar-sentyabr ayları ərzində ölkədə fəaliyyət göstərən 20 sığorta şirkəti tərəfindən 655 milyon 620 min manat məbləğində sığorta haqqı yığılıb.
Yeniavaz.com
açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, sığorta haqlarının yarıdan çoxunu - 58,8%-ni "Paşa Həyat Sığorta" və "Paşa Sığorta" şirkətləri toplayıb. 
"Paşa Həyat Sığorta" və "Paşa Sığorta" şirkətlərinin topladığı sığorta haqqı 385 milyon 961 min manat olub.
Digər 20 şirkət arasında ən çox sığorta haqqı toplayan şirkətlərin ilk 4-lüyünü 51,5 milyon manatlıq yığımla Dövlət Sığorta Kommersiya Şirkəti,  35,7 milyon manatlıq yığımla "Atəşgah Həyat” və 36,3 milyon manatlıq yığımla "Qala Sığorta" şirkətləri tamamlayır.
Rəqəmlərdən də göründüyü kimi sığorta bazarının 78%-i adları qeyd olunan 4 şirkətin əlində cəmlənib.

DİGƏR XƏBƏRLƏR

Top