Özbəkistan ABŞ qoşunlarının ölkədə yerləşdirilməsinə icazə verəcək?


Özbəkistan ABŞ ordusunu öz ərazisinə yerləşdirmək niyyətində olmadığını bildirib.
Yeniavaz.com
TASS-a istinadən xəbər verir ki, bu barədə Özbəkistan xarici işlər naziri Əbdüləziz Kamilov məlumat verib. Nazir həmçinin bildirib ki, terrorizmə qarşı birgə mübarizə çərçivəsində Vaşinqtonla kəşfiyyat mübadiləsi aparmağa hazırdırlar. 
Onun sözlərinə görə, Özbəkistan ABŞ da daxil olmaqla digər ölkələrlə yalnız qarşılıqlı beynəlxalq hüquq, konvensiyalar, müqavilələr, razılaşmalar çərçivəsində terrorizmin qarşısını almaq üçün əməkdaşlıq edə bilər.

DİGƏR XƏBƏRLƏR

Top