Son vaxtlar COVID-19-dan ölən ABŞ hərbçilərinin sayı artıb


ABŞ Silahlı Qüvvələrində COVID-19-dan ölən hərbçilərinin sayı 70 nəfərə çatıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə ABŞ mətbuatı məlumat yayıb. Bildirilib ki, ABŞ ordusunda iyul ayından bu vaxta kimi azalan koronavirus xəstələrinin sayı son günlərdə yenidən artmağa başlayıb. Bu artımın pandemiyanın başlanğıcından bəri əvvəlki bütün dövrü əhatə edən məlumatlarla müqayisədə iki dəfədən çox olduğu vurğulanıb.
Bildirilir ki, oktyabrın 13-dən 20-dək 3 hərbçi koronavirus səbəbi ilə dünyasını dəyişib. Avqust etibarən eyni səbəbdən dünyasını dəyişənlərin sayı isə 11 nəfərdir. Ölən hərbçilərdən heç birinin tam peyvəndlənmədiyi göstərilir.
Ordu rəsmiləri ABŞ ordusunun 10 faizdən azına peyvənd vurulmadığını bildirib. Hərbçilərə tam peyvəndlənmə ilə bağlı noyabr-dekabr ayına kimi vaxt verilib.










 

DİGƏR XƏBƏRLƏR

Top