“PAŞA Bank” bu işdən 195 milyon manat gəlir əldə edib


Bu ilin ilk 9 ayında ölkənin aparıcı banklarından biri olan “PAŞA Bank”ın faiz gəlirləri 194 milyon 336 min manat olub.
Yeniavaz.com
bankın açıqladığı maliyyə hesabatına istinadən bildirir ki, ötən ilin eyni dövrü ilə müqayisədə “PAŞA Bank”ın faiz gəlirləri  35 milyon 983 min manat və ya 22,7% artıb.
Belə ki, bank 2020-ci ilin 9 ayında 158 milyon 353 min manat faiz gəlirləri əldə edib. 
“PAŞA Bank”ın faiz xərcləri isə bu ilin 9 ayında 40 milyon 547 min manat olub.
Məlumat üçün qeyd edək ki, "PAŞA Bank"ın xalis mənfəəti bu ilin 9 ayında 69 milyon 285 min manat təşkil edib.

DİGƏR XƏBƏRLƏR

Top