Prezidentlə xanımı hansı radionu dinləyirdi?


Xəbər verdiyimiz kimi, Birinci vitse-prezident Mehriban Əliyevanın Zəngilanda çəkdiyi görüntülər sosial şəbəkələrdə böyük marağa səbəb olub. Prezident İlham Əliyevin "Ey Vətən" mahnısını dinlədiyi FM tezliyinin (100.5) hansı radioya məxsus olması müzakirə yaradıb.
Yeniavaz.com "qafqazinfo"ya istinadla xəbər verir ki, 100.5 tezliyi Bakıda “Fərqli radio”ya məxsus olsa da, Zəngilanda həmin tezliyin “Azərbaycan radiosu”na məxsus olduğu məlum olub.
Bunu həm “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-dən, həm də “Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyindən təsdiqləyiblər.
Radioda səslənən “Ey Vətən” mahnısını isə müğənni İlhamə Qasımova ifa edir.
 

DİGƏR XƏBƏRLƏR

Top