Ukraynada hökumət rəsmisinin evinə edilən hücumla bağlı açıqlama - YENİLƏNİB


Ukrayna prezidenti Vladimir Zelenskinin aparat rəhbərinin müavini İhor Covkvanın evinə edilən hücum sözügedən şəxsi və ölkə liderini qorxutmaq cəhdi kimi qiymətləndirilib.
Yeniavaz.com
TASS-a istinadən xəbər verir ki, bu fikri Ukrayna prezidentinin mətbuat katibi Sergey Nikiforov səsləndirib.  Onun sözlərinə görə, günahkarlar məsuliyyətə cəlb olunacaqlar və bu hücum ölkə liderini qorxutmayacaq. Katib bu cəhdi mənasız və qəbuledilməz hesab edib.
Qeyd edək ki, bu gün səhər saatlarında Ukrayna prezidenti Vladimir Zelenskinin aparat rəhbərinin müavini İhor Covkvanın evinin həyətinə "Molotov kokteyli" atılıb. İnsident nəticəsində ziyan çəkən olmayıb. Cinayətkar hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

***14:00
Bu gün Ukrayna prezident aparatının rəhbərinin müavininin həyətinə "Molotov kokteyli" atılıb.
Yeniavaz.com
TASS-a istinadən xəbər verir ki, bununla bağlı Ukrayna polisi məlumat verib. Bildirilib ki, səhər saatlarında baş verən insident vaxtı xəsarət alan olmayıb. Cinayətkar saxlanılıb.
Hadisə Kiyevin Darnitski rayonunda baş verib. İnsidenti törədən şəxs Ukrayna Milli Polis və Ukrayna Təhlükəsizlik Xidmətinin əməliyyatçıları tərəfindən saxlanılıb.
Polis cinayətkarın kimliyi ilə bağlı məlumat yayıb. Bildirilib ki, o, daimi iş və yaşayış yeri olmayan 25 yaşlı gəncdir. Gəncin sözlərinə görə, o, bu tapşırığı iş elanlarına müraciət edərkən mesaj vasitəsi ilə alıb.
Faktla bağlı cinayət işi açılıb.

DİGƏR XƏBƏRLƏR

Top