Ərdoğan: "Beynəlxalq media orqanları Ermənistanın rəsmi xəbər agentliyi kimi çıxış etdi"


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Vətən Müharibəsi vaxtı beynəlxalq media orqanlarının Ermənistanın rəsmi xəbər agentliyi kimi davrandıqlarını deyərək, onları tənqid edib.
Yeniavaz.com
Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu fikri prezident Türk Şurası Mediaforumunda səsləndirib:
"Nə qədər inkişaf etsə də, heç bir ölkə və ya cəmiyyət rəqəmsal faşizmin dağıdıcı təsirindən azad deyil. Türk dünyası rəqəmsal faşizmdən başqa beynəlxalq medianın ikili standartından da əziyyət çəkir. Xüsusilə 44 gün davam edən Qarabağ müharibəsi zamanı şahidi olduğumuz riyakar münasibət ölkələrimiz üçün məsələnin əhəmiyyətini ortaya qoydu. Ermənistan ordusunun dinc əhalini hədəf alan qırğın və ballistik raket hücumları heç vaxt gündəmə gətirilməyib. Medianın müstəqilliyindən və obyektivliyindən bəhs edən beynəlxalq media orqanları Ermənistanın rəsmi xəbər agentliyi kimi çıxış etdilər".
 

DİGƏR XƏBƏRLƏR

Top