Türkiyə lirəsi manat qarşısında ən aşağı səviyyəyə düşdü


Son 8 ayda Türkiyənin milli valyutası - lirə Azərbaycan manatı qarşısında 27% dəyərdən düşüb.
Yeniavaz.com
xəbər verir ki, fevral ayının 22-də lirənin məzənnəsi bu ilin ən yüksək səviyyəsinə - 24,4 qəpiyə yüksəldiyi halda, bu gün 17,8 qəpiyə düşüb.  
Onu da bildirək ki, bugünə kimi Türkiyə lirəsi manat qarşısında heç vaxt bu həddə qədər ucuzlaşmayıb. 
Lirə manat qarşısında ən yüksək səviyəyə isə 14 mart 2016-cı il tarixində yüksəlib. Həmin tarixdə 1 lirə 57,9 qəpik olub.

DİGƏR XƏBƏRLƏR

Top