Qazaxıstanın Almatı Hava Limanında təyyarə avtomobillə toqquşub.
Yeniavaz.com “Informburo”ya istinadən xəbər verir ki, qəza “FlyJet.kz” şirkətinə məxsus təyyarənin Bakı-Almatı reysi zamanı baş verib. Təyyarədə “Qarabağ”la qarşılaşan “Kayrat” futbol klubunun üzvləri olduğu bildirilib. İnsidentlə bağlı digər detallar açıqlanmayıb. Xəsarət alanların olub-olmaması barədə hələlik məlumat yoxdur.