UEFA-dan "Qarabağ"ın əzmkar qələbəsi ilə bağlı paylaşım - FOTO


UEFA Konfrans Liqasının rəsmi tvitter səhifəsi "Qarabağ"la bağlı növbəti dəfə paylaşım edib.

Turnirin sosial şəbəkə hesabında Ağdam klubunun Bakıda Qazaxıstan "Kayrat"ına 2:1 hesabı ilə qalib gəldiyi qrup mərhələsinin III tur matçından fotolar yayımlanıb.

"Son dəqiqədə qalib gəlmək, bax, budur" başlıqlı paylaşımda "köhlən atlar"ın H qrupunda məğlub olmaması vurğulanıb. Həmçinin komandanın qrupu neçənçi pillədə bitirməsi ilə bağlı sorğu yerləşdiirlib.

Qeyd edək ki, "Qarabağ" 3 oyundan sonra 7 xalla hələlik turnir cədvəlinə başçılıq edir.


//report

DİGƏR XƏBƏRLƏR

Top