"Rusiya Qarabağda atəşkəsin pozulmaması üçün hər şeyi edir”


“Rusiya Qarabağda atəşkəsin pozulmaması üçün hər şeyi edir”.

Yeniavaz.com Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova həftəlik brifinqdə deyib.

Zaxarovanın sözlərinə görə, Qarabağdakı vəziyyət Rusiya sülhməramlı kontingenti, Ermənistan və Azərbaycan rəhbərliyi səviyyəsində müntəzəm təmasların mövzusudur: “Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasındakı vəziyyət, o cümlədən son hadisələr Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin oktyabrın 14-də Minskdə MDB Xarici İşlər Nazirləri Şurası çərçivəsində üçtərəfli görüşü zamanı müzakirə edilib”.

DİGƏR XƏBƏRLƏR

Top